Ermənilərin Qubadlıda saldıqları qəsəbə

01 Sentyabr, 2019 10:09 | Siyasət | Baxış sayı: 304
Yeni qəsəbənin görüntüsü
Yeni qəsəbənin görüntüsü

Görüntünü “Azərkosmos” un peyki çəkə bilib

Ermənistan tərəfindən işğal edilən Qubadlı rayonunun Xanlıq kəndində yeni salınmış qəsəbənin görünütüsü yayılıb. Görüntü “Azərkosmos”  “Azersky” peyki vasitəsilə bu il avqustun 29-da əldə olunub. 

Ötən gün Qubadlı rayonunun ermənilər tərəfindən işğalından 26 il ötüb. Belə ki, Qubadlı rayonu IV-V əsrə aid tarixi abidələrlə zəngindir. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, vaxtilə təbiət abidəsi kimi qorunan 20 min hektarlıq Qubadlı Dövlət Təbiət Yasaqlığı erməni işğalçıları tərəfindən məhv edilib.