Erməni ordusunda insident - əsgərlər zabiti döydülər

01 Sentyabr, 2019 12:48 | Siyasət | Baxış sayı: 85
Erməni hərbçi
Erməni hərbçi

Faktla bağlı artıq 4 hərbi qulluqçu saxlanılıb

Ermənistanda 4 əsgər tutulub. Həqiqi hərbi xidmətə çağırılmış 4 əsgər zabiti döydükləri üçün saxlanılıblar. Bu barədə Ermənistan İstintaq Komitəsinin nümayəndəsi Naira Arutyunyan bildirib. 

O qeyd edib ki, saxlanılanlardan üçü “yüngül və orta ağırlıqda ziyan vurmaqla rəhbərliyə qarşı zorakılıq əməli"ndə ittiham edilirlər. Digər bir nəfərəin ittihma edildiyi maddələrə isə  "hərbçini təhqir etmək"  də əlavə edilib. 

İnsidentin hansı hərbi hissədə baş verdiyi açıqlanmır.