Prezident "piyan" nazirləri qovdu - "Bu son deyil"

01 Sentyabr, 2018 10:12 | Siyasət | Baxış sayı: 342
Sərxoşluq
Sərxoşluq

"Mən sizin kiminlə gəzdiyinizə, kiminlə danışdığınıza, kiminlə içdiyinizə nəzarət etmirəm"

Belarus prezidenti Aleksandr Lukaşenko sərxoş nazirlərə xəbərdarlıq etdi. İstiPress-in məlumatına görə, Lukaşenko kadr dəyişiklikləri edəcəyini anons edib. Bunun səbəblərindən biri kimi Nazirlər Kabinetindəki sərxoşluq problemini göstərib.

"Mən monitorinqlərə və hökumətin yenilənməsindən sonrakı vəziyyətə nəzarətə davam edirəm. Bu hələ son deyil. Biz hələ mənim prinsipslərim ilə çalışmayan, heç bir nəticə verməyən nəinki hökumət üzvləri, eləcə də bir çox vəzifəli şəxslə bağlı işə qayıdacağıq. Sərxoşluq yolverilməzdir. 

Mən sizin kiminlə gəzdiyinizə, kiminlə danışdığınıza, kiminlə içdiyinizə nəzarət etmirəm. Sağlıqla. Amma siz rəhbərsiniz və bunu bacarmalısınız".

Sərxoşluğa qaldıqda isə prezident içkinin də qədərini bilməli olduqlarını deyib. "Siz el arasında deyildiyi kimi - bilməlisiniz ki, kiminlə, harada, nə qədər. Əgər siz bu hissi itirirsinizsə, demək rəhbər deyilsiniz. Məhz buna görə də, yaxın zamanlarda bəzilərinizlə vidalaşmalı olacağıq. Onlar harda işlədiklərini anlamırlar”.

Prezident bir daha öz prinsipləri və tələbləri haqqında açıq danışıb - sərxoş adam rəhbər deyil. 

Xatırladaq ki, bir neçə gün öncə o bəzi məmurları işdən çıxarıb. Onların arasında nazirlər də olub. İstiPress-in məlumatına görə, hökumət üzvləri arasındakı sərxoşluqdan gileylənən dövlət başçısı Maksim Yermoloviç maliyyə naziri, Viktor Karankeviç energetika naziri təyin edilib.