Trampdan düşmən olduğu Putinə yardım əli

01 Avqust, 2019 09:14 | Siyasət | Baxış sayı: 72
Vladimir Putin
Vladimir Putin

ABŞ prezidenti Sibir meşələrini bürüyüən alovla mübarizədə kömək təklif edib

Münasibətləri gərgin olan ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putin arasında telefon danışığı olub. Danışıq Amerika tərəfinin təşəbbüsü ilə baş tutub. 

Söhbət zamanı ABŞ lideri rusiyalı həmkarına Sibirdəki meşə yanğınları ilə mübarizədə kömək təklif edib. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib. 

Rusiyanın dövlət başçısı Trampa diqqəti, kömək təklifi və dəstəyi üçün təşəkkür edib. Putin bildirib ki, əgər lazım olarsa Rusiya bu təklifdən istifadə edəcək. Mətbuat xidmətinin məlumatına görə, rus lider həmkarını Sibirdə görülən işlər barədə məlumatlandırıb. 

"Rusiya prezidenti ABŞ dövlət başçısı tərəfindən atılan bu addımı gələcəkdə iki ölkə arasında münasibətləri tam formatda bərpa etməyin mümkünlüyünə zəmanət kimi qiymətləndirib". 

Prezidentlər həm telefon danışığı, həm də şəxsi görüşlər formatında əlaqələrin davamı barədə razılaşıblar.