Rusiya Qarabağ münaqişəsinin kəskinləşməsindən narahatdır

01 Avqust, 2019 17:45 | Siyasət | Baxış sayı: 104
Mariya Zaxarova - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü
Mariya Zaxarova - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü

Mariya Zaxarova: "Vəziyyəti sabitləşdirmək istiqamətində addımlar atmağa çağırırıq”

Rusiya Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyin daha da artmasına qarşıdır, tərəfləri güc tətbiq etməməyə çağırır.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

“Ermənistanla Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsindən narahatıq. Bu gərginlik atəşkəs rejiminin davamına dair bu yaxınlardakı razılaşmalara, siyasi çözüm əldə etmək niyyətilə bağlı verilən açıqlamalara ziddir”, - deyən rusiyalı rəsmi Dağlıq Qarabağ münaqişəsi bölgəsində gərginliyin daha da artmasının yolverilməz olduğu qənaətində olduqlarını dilə gətirib: “Biz qarşıdurma tərəflərini təmkinli olmağa, güc tətbiq etməməyə, vəziyyəti sabitləşdirmək istiqamətində addımlar atmağa çağırırıq”.