Başına 1 milyon qoyulan terrorçu oğlu öldürüldü

01 Avqust, 2019 10:22 | Siyasət | Baxış sayı: 66
Üsamə bin Ladenin oğlu Həmzə
Üsamə bin Ladenin oğlu Həmzə

Üsamə bin Ladenin oğlunun necə və harada öldürüldüyü açıqlanmır

"Əl-Qaidə" terror təşkilatının keçmiş rəhbəri Üsamə bin Ladenin oğlu Həmzə öldürülüb. Bu barədə ABŞ mediası - NBC telekanalı və "New York Times" məlumat yayıb.

Bununla belə onlar Həmzə bin Ladenin harada və hansı şəraitdə öldüyü barədə məlumat verməkdən imtina ediblər.

"New York Times"ın məlumatına görə, 30 yaşında olduğu güman edilən Həmzə son iki ilddə öldürülüb. Ancaq bunu təsdiqlətmək uzun vaxt aparıb. 

Qeyd edək ki, bir neçə ay öncə ABŞ Həmzənin yerini müəyyən etməyə imkan verən istənilən məlumata görə 1 milyon dollar dəyərində mükafat vəd etmişdi.

"Əl-Qaida" lideri Amerika xüsusi təyinatlılarının 2011-ci ildə Pakistanda apardığı əməliyyat zamanı öldürülüb.