Erməni general Paşinyana qarşı çıxdı

01 İyul, 2018 12:46 | Siyasət | Baxış sayı: 455
Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan vətəndaş müharibəsinə doğru gedir

Qarabağın işğalı zamanı Ermənistan ordusuna rəhbərlik etmiş general-leytenant Norat Ter-Qriqoyans erməni general Manvel Qriqoyanın tutulması barədə danışıb. 

İstiPress-in məlumatına görə,  "news.am"a müsahibə verən Ter-Qriqoryans digər erməni siyasətçilərdən fərqli olaraq Manvel Qriqoryanı ittiham etməyib. 

O, Manvel Qriqoryanın rəhbərlik etdiyi təşkilatın ofisində tapılmış silahlarla bağlı danışıb. "Göstərilənlərlə bağlı istintaq aparmaq lazımdır, müəyyən etmək lazımdır ki, bu, nə silahdır, kimə tabedir? Ölkədə hərbi çevriliş edilməsi üçünmü nəzərdə tutulub? Axı o, çevriliş etməyib. Əksinə, ölkədə tamamilə başqa dəyişikliklər baş verib",- deyə Norat Ter-Qriqoryans Paşinyanın çevrilişlə hakimiyyətə gəldiyinə işarə vurub. 

Norat Ter-Qriqoryans
Norat Ter-Qriqoryans

Beləliklə, Norat Ter-Qriqoryans üstörtülü şəkildə olsa da Manvel Qriqoryanı müdafiə edən ilk hərbçi olub. O, Qriqoryanın hərbi təhsili olmadan general rütbəsi almasına da izah verib: "Onu biz vəzifəyə təyin etdik, o da general oldu. O vaxt ali baş komandan olan Serj Sarkisyan vəzifəsinə uylun olaraq ona general rütbəsi verdi". 

Ter-Qriqoyans müharibə vəziyyətində olan ölkədə yüksək çinli zabitin bu cür ləkələnməsinin həddindən təhlükəli olduğunu deyib. O, Manvel Qriqoryan barədə vaxtından əvvəl rəy bildirməyin düzgün olmadığını söyləyib. Beləliklə, Qarabağın işğalına rəhbərlik etmiş erməni general Ermənistanda ilk dəfə Paşinyana qarşı gedərək, onun Serj Sarkisyanın tərədarlarına qarşı başladığı düşmənçilik kampaniyasına qarşı gedib. Bu isə tezliklə Ter-Qriqoryansa qoşulanların çox ola biləcəyindən xəbər verir. Nəticədə, Ermənistanda vətəndaş müharibəsi başlaya bilər və ölkə xaosa düçar ola bilər.