Nazirlər Kabinetində yeni təyinatlar olub - SİYAHI

01 İyun, 2020 17:57 | Siyasət | Baxış sayı: 117
Nazirlər Kabineti
Nazirlər Kabineti

Nazirlər Kabineti Aparatının strukturunda yeni təyinatlar olub.

İstiPress-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, müvafiq sərəncamla Mehman Tağıyev Baş Nazirin köməkçisi təyin olunub.

Həmçinin Xalid Qasımlı Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinin müdiri, Niyazi Rəhimov Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri, Musa Pənahov Nazirlər Kabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsinin müdiri təyin edilib.