Müdafiə Nazirliyi: Qarabağda yenidən müharibə başlanarsa Ermənistan məğlub olacaq

01 İyun, 2020 11:36 | Siyasət | Baxış sayı: 73
Azərbaycan ordusuna məxsus "Dana" özügedən artilerriya qurğusu
Azərbaycan ordusuna məxsus "Dana" özügedən artilerriya qurğusu

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfindən işğal olunan ərazilərin azad olunması üçün güc tətbiq etməyə hazır olduğunu bəyan edib.

“Düşmənlə danışmağın yeganə dili silah gücüdür”, - nazirliyin bəyanatında qeyd olunur.

İstiPress-in məlumatına görə, bəyanatda bildirilir ki, Azərbaycan ordusu işğal olunmuş əraziləri azad etmək üçün güc tətbiq etmək hüququndan mütləq istifadə edəcək.

“Görüləcək tədbirlər 2015, 2016 və 2018-ci illərdəki ilə müqayisədə daha sarsıdıcı və dağıdıcı olacaq. Düşmən böyük itkilər verəcək və bu da öz növbəsində onun tamamilə məğlubiyyətinə gətirib çıxaracaq.Düşmənlə danışmağın yeganə dili silah gücüdür və biz bundan istifadə edərək Ermənistanın işğalçı qüvvələrini ərazilərimizin hüdudlarını tərk etməyə məcbur edəcəyik", - MN-dən vurğulanıb.