Üçüncü dünya müharibəsi təhdidi

01 İyun, 2018 10:03 | Siyasət | Baxış sayı: 223
ABŞ ordusu
ABŞ ordusu

"Yox etməkdə təcrübəmiz böyükdür"

Çinin ətrafındakı kiçik adaları silahlandırması ABŞ-ın xoşuna gəlməyib. İstiPress-in məlumatına görə, Pentaqon sözcüsü buna görə əsas rəqibi olan supergücü Çini təhdid etməkdən belə çəkinməyib.

General Kennet F. McKenze "ABŞ ordusu Sakit okeanda kiçik adaları yox etməkdə olduqca təcrübəlidir", deyə Çinin Cənubi Çin dənizindəki adaları silahalandırmasını şərh edib. 

Bu açıqlamasının Çinə mesaj kimi yozula bilib-bilinməyəcəyi barədə suala cavabında isə o belə deyib: "II Dünya müharibəsində kişik və təcrid edilmiş adaları yox etməkdə olduqca böyük təcrübə qazandığımız gerçəklikdir. Dolayısı ilə bu ABŞ ordusunun daha öncə də həyata keçirdiyi bir işdir. Bunu tarixi bir fakt kimi qəbul etmək gərək".

Xatırladaq ki. ABŞ Sakit okeanda 78 adanı vurub (Arave (15 dekabr 1943) Kvajalein Atoll (1 fevral 1944), Tinian (24 iyun 1944), Moratai (15 sentyabr 1944), Leyte (20 oktyabr 1944).