Türkiyə mənbəyi: “Azərbaycan ordusu 5 kilometr irəliləyib”

01 İyun, 2018 15:09 | Siyasət | Baxış sayı: 849
Azərbaycan ordusu
Azərbaycan ordusu

Erməni generalın istefasının şok səbəbi

Azərbaycan ordusu neytral bölgədə 5 kilometr irəliləyib, nəticədə böyük ölçüdə əraziləri  nəzarətə götürüb. 

İstiPress-in məlumatına görə, bu barədə Türkiyənin “Yeni Akit” qəzetində bu axşam dərc edilmiş "Azərbaycan böyük əməliyyata hazırlaşır" məqaləsində bildirilir. 

"5 kilometr enində əraziyə artıq Azərbaycan qoşunları nəzarət edir. Hazırda regionda münaqişə yoxdur. Azərbaycan heç bir müharibə aparmadan  5 km ərazidə üstünlük qazandı. Rəsmi olmayan mənbələrə görə, əsgərlər həm də hərbi təlimdən keçiblər. Bu hadisə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri Movses Akopyanın istefa etməsinin əsas səbəbi kimi göstərilib. Artak Davtyanın Movses Akopyanın yerinə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi vəzifəsinə təyinatının səbəbi kimi də bu, göstərilib",- deyə qəzet yazır.