Rusiya Qarabağa görə Paşinyanı ittiham etdi

01 İyun, 2018 16:17 | Siyasət | Baxış sayı: 484
Nikol Paşinyan
Nikol Paşinyan

"ATƏT tərəfindən qoyulan müvafiq relslərə uyğun gəlməyən hay-küylü bəyanatlar"

Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair bəyanatları qeyri-konstruktivdir.

İstiPress-in məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi (XİN) İnformasiya və Nəşr Departamentinin direktor müavini Artyom Kojin bunu "Trend"in sualını cavablandırarkən deyib.

A.Kojin bildirib: “Bu məsələ ilə bağlı əsasən ATƏT tərəfindən qoyulan müvafiq relslərə uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir”.

Xatırladaq ki, son zamanlar Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi üzrə bir neçə fitnəkar bəyanatı ilə fərqlənib. Məsələn, bəyanatlarından birində o, Qarabağ separatçılarını danışıqlar masası arxasına qaytarmağı tələb edir və Bakını danışıqların davamı üçün "DQR"i tanımağa çağırırdı.