Nazir 20-dək yüksək vəzifəli məmuru işdən çıxardı - SİYAHI

01 İyun, 2018 19:42 | Siyasət | Baxış sayı: 323
Sahil Babayev
Sahil Babayev

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev son 2 həftə ərzində kütləvi şəkildə kadr islahatı həyata keçirib.

İstiPress-in məlumatına görə, DSMF-nin direktor müavini Xıdırov Sərdar Xasay oğlu vəzifəsindən azad edilib. Onun yerinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayevin qardaşı Cavid Abdullayev (Qaradağ DSMF-nin keçmiş müdiri) gətirilib.

Digər vəzifələrindən azad olunan şəxslər isə aşağıdakılardır: 

Sosial ödənişlər şöbəsinin müdiri Şahin Quliyev

Abşeron DSMF-nin müdiri Coşqun Qasımov 

Quba DSMF-nin müdiri Sabir Hacıyev 

Qaradağ Məşğulluq Mərkəzinin müdiri Tahir Hüseynov

Binəqədi Məşğulluq Mərkəzinin müdiri Bağırov Güləhməd 

Laçın Məşğulluq Mərkəzinin müdiri Bəndəliyev Balay

İsmayıllı Məşğulluq Mərkəzinin müdiri Həsənov Həsən

Qax Məşğulluq Mərkəzinin müdiri Haçıyev 

Laçın Yasamal Məşğulluq Mərkəzinin müdiri Elxan Rəhimov

Samux Məşğulluq Mərkəzinin müdiri Yaşar Ələkbərov

Dövlət Məşğulluq Xidmətinin Maliyyə və mühasibatlıq şöbəsinin müdiri Məhəmməd Əliyev 

Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Emil Allahverdiyev 

Dövlət Əmək Müfəttişliyi Xidməti Xidmətinin sektor müdiri Elşən Tağıyev 

Aparatın Daxili nəzarət şöbəsinin müdir müavini Nizami Xanlarov 

Nazirliyin Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Əmrah Cəfərov (dövlət qulluğunda fəaliyyətinə xitam verilib, tutduğu vəzifədən çıxarılıb və nazirliyin jurnalında redaktor müavini vəzifəsinə keçirilib)

Hacıqabul DSMF-nin müdiri Həsənov Xalisin isə Yasamal DSMF-yə müdir gətirildiyi bildirilir.