Naxçıvan əməliyyatları erməniləri susdurdu

01 İyun, 2018 14:10 | Siyasət | Baxış sayı: 372
Azərbaycan ordusunun Naxçıvanda yeni tutduğu mövqe
Azərbaycan ordusunun Naxçıvanda yeni tutduğu mövqe

XİN müavini deməyə söz tapmadı

Ermənistan xarici işlər nazirinin müavini partizan kimi susur. Armen Balakyan Naxçıvan istiqamətində, Azərbaycan-Ermənistan sərhəddində baş verənlər barədə danışmaqdan imtina edir. XİN rəhbərinin müavini bildirib ki, Müdafiə Nazirliyinin yaydığı informasiyalara əlavə etməli heç nə yoxdur. 

Yerli jurnalistlərin “Ermənistanda vəziyyət gərginləşərsə KTMT-yə müraciət oluna bilərmi?” sualına cavabında isə deyib ki, söhbət danışıqlardan, dəqiq öhdəliklərdən gedir. Bunun üçün də nəzəri olaraq bir hal haqqında danışmaqdan çətinlik çəkir.

Ermənistan son günlərdə Azərbaycan Ordusunun Naxçıvandakı fəaliyyətindən çox qorxuya düşüblər.