Kəmaləddin Heydərov seksdən yazan polkovniki işdən qovdu

01 İyun, 2018 20:06 | Siyasət | Baxış sayı: 426
Kəmaləddin Heydərov - FHN
Kəmaləddin Heydərov - FHN

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov mediada və sosial şəbəkələrdə müzakirələrə səbəb olan kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımovu işdən çıxarıb.

İstiPress "Qafqazinfo"ya istinadən bildirir ki, nazir baş verənlərə təcili münasibət göstərərək kitabında intim məsələlərə yer ayıran məmuru vəzifəsindən azad edib. Sözügedən kitabın FHN-in Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə necə yol tapması ilə bağlı araşdırmalar aparılıb.

Qeyd edək ki, ''Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi'' adlanan kitabda kişi-qadın münasibətləri, cinsi həyat, seksual-dini məsələlər yer alıb.

Əbülfəz Kazımov
Əbülfəz Kazımov
FHN5
FHN5
FHN3
FHN3
FHN2
FHN2
FHN1
FHN1