Gürcüstan prezidenti aksiyaçıların çadırında

01 İyun, 2018 13:14 | Siyasət | Baxış sayı: 57
Gürcüstanda aksiya
Gürcüstanda aksiya

Gürcüstanda ötən gündən başlayan etiraz aksiyaları davam edir. İstiPress-in TASS-a istinadla verdiyi məlumata görə, bu gün prezident Giorgi Marqvelaşvil aksiyalar keçirilən ərazidə olub. Yerli mətbuatın məlumatına görə, dövlət başçısı aksiyaların təşəbbüskarı hesab edilən Zaza Saralidze ilə parlament binası önündə qurulan çadırlardan birində görüşüb. 

Onlar yaranmış vəziyyət və etirazlarla bağlı danışıqlar aparırlar. Görüşdən sonra prezidentin mətbuata açıqlama verəcəyi gözlənilir. 

Xatırladaq ki, aksiya ötən ilin dekabrında Tiflisdə qətlə yetirilən iki gəncin məhkəmə prosesindən sonra başlayıb. Kütləvi aksiyanın təşəbbüskarı davada qətlə yetirilmiş 16 yaşlı yeniyetmənin atası Zaza Saralidzedir. O, hesab edir ki, prokurorluq bu işlə bağlı qeyri-obyektiv təhqiqat aparıb və insidentin iştirakçılarından birini – sabiq prokurorun oğlunu gizlədib.

Cümə axşamı məhkəmə müttəhimlərdən birinə bəraət qazandırıb. Digər müttəhimə qarşı ittiham yüngülləşdirilib.

İlk olaraq baş prokurorluq binası qarşısında başlayan aksiyanın tələbi prokuror İrakli Şotadzenin istefası olub. O, aksiyalar fonunda istefa versə də, bu nümayişçiləri razı salmayıb. Sonradan etiraz aksiyasına qoşulanlar hökumətin istefası tələbi ilə parlamentin qarşısına toplaşıblar. 

əbəbdən də ölkənin Baş Prokurorluğu qarşısında aksiya keçirilib və etiraz tədbiri parlamentin binası qarşısında davam etdirilir.