Ermənilər kimdən qorxdu?

01 İyun, 2018 09:20 | Siyasət | Baxış sayı: 263
İrəvanda mitinq
İrəvanda mitinq

Sarkisyanın adamı vəzifəyə gətirildi, bir gün sonra isə...

Ermənistanda keçmiş prezident Serj Sarkisyanın mətbuat katibi və yaxın adamı hesab edilən Vladimir Akopyan ölkənin Milli Təhlüksəzilik Xidmətinin rəisinin müavini təyin edilib. Amma onun vəzifəsi cəmi bir gün davam edib. 

Bu gün səhər tezdən Təhlüksəizlik Xidməti özünün yaydığı xəbəri təkzib edib. Bildirilib ki, kuryoz hadisə baş verib və bu xəbər anlaşılamazlıq nəticəsində yayılıb.

İndi İrəvanda çoxları bu posta təyinatla bağlı nəyin baş verdiyini anlamağa çalışır - fikirlərini dəyişdilər, yoxsa qorxdular? Ümumyyətlə son zamanlar Ermənistanda nəyin baş verdiyini öz skainləri, məmurları belə anlamırlar.