“Koronavirusun laboratoriyadan çıxdığına dair sübut var” - Tramp

01 May, 2020 10:57 | Siyasət | Baxış sayı: 124
Donald Tramp
Donald Tramp

“Çinin bunu bilərəkdən və ya səhvən etməsindən asılı olmayaraq, araşdırmaçılarımız bunun üzərində işləyirlər"

ABŞ Prezidenti Donald Tramp koronavirusun Çinin Uhan şəhərindəki bir laboratoriyadan çıxdığına dair dəlillər gördüyünü, lakin hazırda detalları paylaşa bilmədiyini açıqlayıb.

İstiPress-in məlumatına görə, bu barədə Tramp Ağ Evdə keçirilən “Yaşlıların qorunması” mövzusunda paneldə gündəmə aid sualları cavablandırarkən bildirib.

Jurnalistlərin “Uhan Virusologiya İnstitutunun koronavirusun qaynağı olduğuna dair etibarlı bir sübut görmüsünüz?” sualına Tramp “Bəli, görmüşəm” cavabını verib. Jurnalistlərin bu mövzuda suallara təkidlə davam etməsi ilə Tramp “Çinin bunu bilərəkdən və ya səhvən etməsindən asılı olmayaraq, araşdırmaçılarımız bunun üzərində işləyirlər. Hazırda bu barədə sizə daha çox məlumat verə bilmərəm”,- deyə bildirib.