Gürcüstanda azərbaycanlı müharibə veteranı 99 yaşında vəfat etdi

01 May, 2020 13:56 | Siyasət | Baxış sayı: 38
Paşa Aslanov (sağda) - müharibə veteranı, Dmanisi, Hamamlı kəndi
Paşa Aslanov (sağda) - müharibə veteranı, Dmanisi, Hamamlı kəndi

Dmanisidə yaşayan üç müharibə veteranından biri olub

Gürcüstanın Dmanisi rayonunun Hamamlı kənd sakini, Böyük Vətən Müharibəsi veteranı Paşa Aslanov vəfat edib.

İstiPress-in məlumatına görə, onun 99 yaşı olub.

Dmanisi bələdiyyəsindən bildirilib ki, II Dünya Müharibəsinə rayondan 2 500 nəfər yollanıb. Onların 1 900-ü həlak olub.

P.Aslanov Dmanisidə yaşayan üç müharibə veteranından biri olub.

Allah rəhmət eləsin.