Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan milyonlar

01 May, 2018 16:26 | Siyasət | Baxış sayı: 100
Azərbaycan manatı
Azərbaycan manatı

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitlər 91 milyon manata çatır. 

İstiPress-in məlumatına görə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 may 2018-ci il tarixədək 90.425.728,04 AZN, 213.577,88 ABŞ dolları, 11036,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Bir il öncə isə  Silahlı Qüvvələrə Yardım Fondunun vəsaitləri 80 milyon manatdan bir az çox olub.