Qarabağ qanı üzərində qurulmuş hakimiyyət

01 May, 2018 14:10 | Siyasət | Baxış sayı: 474
Qarabağda döyüşlər
Qarabağda döyüşlər

Rus mətbuatı axır ki gerçəkləri yazmağa başlayıb

Ermənistanda Qarabağ klanı dedikdə erməni qanı tökərək hakimiyyətə gəlmiş səhra gəlmiş səhra komnadirləri başa düşülür.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyanın “Vestnik Kavkaza” portalı geniş məqalə dərc eləyib.

Məqalədə Qarabağ klanın nə olduğu xüsusi olaraq müəyyən edilir: “Bir sıra ekspertlərin fikrincə, bu, Dağlıq Qarabağdan olan  erməni separatçılarının qanunsuz silahlı birləşmələrinin səhra komandirlərinin hərbi xuntasıdır”.

Məqalədə bildirilir ki, Qarabağ klanı 1999-cu ilin oktyabr ayında parlamentdə öz siyasi opponetlərini qıraraq hakiiyyətə gəlib. Onda parlamentə soxulmuş terrorçular Qarabağ klanına müxalif olan səkkiz siyasətçini öldürdülər. Həmin terror hadisəsindən sonra şəhərdə söhbətlər gəzməyə başladı ki, terror qruplaşmasına Ermənistanı o vaxtkı prezidenti Robert Koçaryan başçılıq edir.  Onun ünvanına terrorda əli olması ilə bağlı açıq ittihamlar səsləndirildi.

Ermənistan parlamenti - 27 oktyabr 1999-cu il
Ermənistan parlamenti - 27 oktyabr 1999-cu il

“İndi Qarabağ klanı iyirmi  ildən artıq hakimiyyətdə qalıb və tamamilə xalqın etibarına itirib. İndi onlar müharibəni təzə udmuş səhra komnadirləri deyil, korrupsiyaya bulaşmış yaşlı, qoca, yorğun bürokratlardır”,- deyə məqalədə vurğulanır.

Müəllifin yazdığına görə, Qarabağ klanı Ermənistan əhalisinin çoxu üçün korrupsiya rəmzidir. İrəvanda dərc olunan "Bizim versiya" qəzeti yazır ki, hələ prezident Robert Koçaryanın vaxtında prezident administrasiyasının başçıısı Serj Sarkisyanın qardaşı, deputat Saşik Sarkisyan bunu etiraf edib.

Saşik Sarkisyan müxtəlif sahələrdə marağı olan mafioz oliqarxdır. O, erməni qanuni oğru Armen Kazaryanla birlikdə çirkli pulların yuyulması və narkotrafiklə məşğul olub. Daha sonra  o, digər oliqarx Qaqik  Sarukyanla qazdoldurma şəbəkəsinə nəzarət edib. Sonra Saşik Qaqiki öldürməyi sifariş edib, lakin ona Robert Koçaryan mane olub və onları barışdırıb.

Həmin Saşik Sarkisyan 1999-cu ildə baş vermiş hadislər  barədə məşhur ifadənin müəllifidir: "Biz parlamentdə o qədər adamı öldürmədik ki, bu gün hakimiyyəti sakitliklə başqalarına verək". Sonra isə bu dediklərinə özü şərh verib: "Mən eşşək deyiləm ki, belə söz deyəm… Biz niyə Robun (Robert Koçarayanın, -red.) günahlarını öz üzərimizə götürməliyik?“

Qarabağ klanının maliyyəçisi Samvel Karapetyandır, O. Rusiyanın varlı adamlarından biridir və Ermənistan iqtisadiyyatına 2 milyardan artıq sərmayə yatırmağa hazır olduğunu bildirmişdi. Bununla bağlı hətta baş nazir əvəzi Karen Karapetyanla da görüşmüşdü. Amma belə deyirlər ki, İrəvanda etiraz mitinqləri başlayan kimi o fikrini dəyişib.