Milli Məclisdə gerbin dəyişdirilməsi təklif edilib

01 May, 2018 12:33 | Siyasət | Baxış sayı: 164
Milli Məclis
Milli Məclis

Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələri müzakirəyə çıxarılıb.

İstiPress-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsinin müzakirəsi zamanı “Gerb” sözündə düzəliş edilməsini təklif edib. O, “Gerb” sözünün “Herb” kimi yazılması barədə təklif irəli sürüb.

Onun sözlərinə görə, bu tip bir çox sözlər rus dilindən alınmadır, həmin sözlərin əksəriyyətində “g” hərfindən deyil, “h” hərfindən istifadə olunur: “Ona görə “Gerb” sözü “Herb” kimi yazılmalıdır. Bu, çox vacib məsələdir”.