Ermənistanın qan qoxulu sabahı

01 May, 2018 19:42 | Siyasət | Baxış sayı: 616

Paşinyanın B planı işə düçə bilər

Ermənistanda başlamış etiraz hərəkatı hansısa şəxslərin baş nazir seçilməsi ilə başa çatmayacaq.

İstiPress «news.am»a istinadən bildirir ki, bu sözləri etirazçılara qoşulmuş «Sarukyan» blokundan olan deputat Naira Zoqrabyan bu gün parlamentdəki çıxışında bildirib.

Onun sözlərinə görə, Ermənistan düşdüyü bu sistem bataqlağından tam çıxmalıdır, çünki yalnız baş nazir və bəzi şəxslər dəyişərsə gənclərin heç nəyə inamı qalmaycaq.

Erməni gənclərinin bu zaman nələri edə biləjəyini isə erməni siyasi şərhçi Sarqis Arsruni göstərib. Sarqis Artsruni Paşinyanın parlamentdə baş nazir seçilməsi ehtimalının az olduğunu yazıb.  O, İrəvanda 1 mart 2008-ci ildə baş vermiş hadisələrin təkrarlana biləcəyini qeyd edib. Onda 8 nəfər etirazçı ölmüşdü. 

“Bunu Paşinyanın özü də anlayır. Buna görə də o, özünün B planını hazırlayıb. B planında uzunmüddətli etiraz aksiyaları var”, - deyə Artsruni bildirib.

İrəvan - 1mart 2008-ci il
İrəvan - 1mart 2008-ci il

Erməni şərhçi qeyd edib ki, Paşinyanın Serj Sarkisyan və Robert Koçaryanın ona səs verməmələri üçün deputatlara təzyiq göstərməsi ilə bağlı açıqlaması əslində B planına hesablanıb:

“Paşinyan bugünkü seçkidə seçilməyəcəyini anlayır və daha uzunmüddətli kütləvi aksiyalar modelini hazırlamağa çalışır. Sarkisyan və Koçaryanın təzyiq etdiyinə dair açıqlaması da ictimai rəyə hesablanmış addımdır. Çünki o, seçilməsə “mən demişdim, deputatlara təzyiq edirlər” deyə bildirəcək və xalqı küçə mübarizəsinə cəlb edəcək. Bu daha təhlükəli nəticələr yarada bilər. Əgər kütləvi aksiyalar davam edəcəksə, bu, qanlı döyüşlərə çevrilə bilər”.  

Belə görünür ki, hakim Respublika Partiyası etiraz hərəkatının lideri Nikol Paşinyanı baş nazir kimi görmək istəmir. Sputnik Ermənistan xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanovun  fikrincə, Paşinyan ali baş komandan, yəni baş nazir ola bilməz, çünki Qarabağ üzrə danışıqlar prosesinə dair heç konsepsiyası yoxdur. Onun müdafiəyə ayrılacaq büdcəni necə artıracağına dair suala cavabı yoxdur. 

“Müdafiə, iqtisadiyyat və ya hüquq sahəsində isə bu cür yanaşmalara ehtiyac var. Çünki xalq tribunu və ya natiq deyil, hökumət başçısı seçilir. Ona görə də inandırmaq bacarığı deyil, konsepsiyalar lazımdır”. 

Məsələ aydındır, hətta Nikol Paşinyan baş nazir seçilsə belə, Ermənistan güclü daxili qarşıdurmadan qaça bilməyəcək.