Ermənilər yenidən qızışır - Qarabağ klanına son

01 May, 2018 09:45 | Siyasət | Baxış sayı: 341
İrəvanda polislə Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlərin toqquşması
İrəvanda polislə Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlərin toqquşması

Paşinyandan 1 may çağırışı

Nikol Paşinyan bu gün səhər tezdən təcili olaraq İrəvanda yeni mitinq çağırışı edib. Hakim Respublika partiyası baş nazirin seçkisinə mane olmağa çalışır. Bu barədə müxalifət lideri xüsusi video müraciətində deyib. “Biz informasiya almışıq ki, Sarkisyanın rəhbərlik etdiyi hakim partiya seçkiləri ləğv edəcək. Bunun üçün də mən hamını səhər tezdən İnqilab meydanında mitinqə dəvət edirəm”.

Qeyd edək ki, Paşinyanın baş nazir seçilməsi və ya vaxtından öncə parlament seçkisinə gedilməsi məhz Respublika partiyasından olan deputatların səsindən asılı olacaq. “Biz qərar qəbul edəcəyik. Bu barədə bu gün biləcəksiniz. Biz Ermənistanın maraqlarına uyğun qərar verəcəyik", deyə partiya nümayəndəsi bildirib.

İrəvanda bəzi ekspertlər hesab edirlər ki, Paşinyanın növbəti 1 may çağırışı onun hakim partiyanı bütün xalqın adından hədələmək istəyi ilə bağlıdır. Bunun belə olub-olmadığını bir neçə saatdan sonra biləcəyik.

Xatırladaq ki, parlamentdə təmsil edilən 3 partiya Paşinyana dəstəyini ifadə edib. Ancaq Respublikaçıların səsi çoxluq təşkil edir – 58 nəfər. Hər şey məhz onlardan asılı olacaq.

Bununla yanaşı ABŞ Dövlət Departamenti artıq Ermənistanın yeni baş nazir ilə işləməyə hazır olduğunu bildirib. Politoloqlar bunu ABŞ-İran arasındakı münasibətlərin qəfil pisləşməsi ilə əlaqələndirirlər. ABŞ Ermənistandan Tehranla mübarizədə bir vasitə kimi istifadə edəcək.

Ancaq bu gün əsas məsələ odur ki, Sarkisyanın başçılıq etdiyi xalqın inamını sarsıldan Qarabağ klanın sonu gəlib. Bu gün hər kəs üçün bu klan ölkədə korrupsiya, dələduzluq rəmzi olan quldur dəstəsi kimi yadda qalacaq.