Ermənilər baş nazir seçir

01 May, 2018 13:10 | Siyasət | Baxış sayı: 142
Ermənistan parlamenti
Ermənistan parlamenti

Cəmi bir namizəd var

Ermənilər yeni baş nazirlərini seçirlər. İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bu saatlarda parlamentin xüsusi iclası keçirilir. 

Bu posta cəmi bir nəfərin namizədliyi irəli sürülüb. Bu da müxalifət lideri, ötən aydan başlayan etiraz aksiyalarının rəhbəri Nikol Paşinyandır. Onun namizədliyini parlamentdə təmsil edilən 4 partiyadan 3-ü dəstəkləyir. 

Paşinyana baş nazir təyin olunmaq üçün azı 53 səs lazımdır. Onu dəstəkləyənlərin sayı isə 47-dir. Səs çoxluğu hakim Respublika partiyasındadır. Bu partiyanın təmsilçisi olan Serj Sarkisyan aprel ayında baş nazir təyin edilsə də, xalqın günü-gündən güclənən etirazından qorxaraq istefa verməli olmuşdu.

Əgər indi baş nazir seçilməsə 7 gündən sonra seçki yenidən təyin edilir. Bu cəhd də uğursuz olarsa prezident parlamenti buraxır və 30-40 gün ərzində növbədənkənar seçki elan edilir.