Azərbaycanın bir addımlığında vəziyyət gərginləşdi

01 May, 2018 10:30 | Siyasət | Baxış sayı: 806
Raket
Raket

İsraillə İran qarşı-qarşıya

İranla İsrail arasında münasibətlər daha da gərginləşib. Buna səbəb İsrailin baş naziri Binyamin Netanyahunun bəyanatı olub. İstiPress-in məlumatına görə, o, əllərində İsrail kəşfiyyatının İranın nüvə proqramı ilə bağlı gizli sənədlər olduğunu deyib. Sənədlərə əsasən İran nüvə razılaşmasının imzalanmasından sonra da gələcəkdə istifadə etmək üçün  hərbi-nüvə sferasında işlərinə davam edir.

İsrailin bu iddiasının cavabı gecikməyib. İranın xarici işlər nazirinin müavini Abbas Araakçi baş nazirin iddiasını "uşaq şousu" adlandırıb. "Netanyahunun etdiyi bizim son illərdə də gördüyümüz mənasız uşaq şousudur. Çox qəribə bəyanatdır. İran belə vacib məlumatı atılmış sənaye anabarında neçə saxlaya bilər axı?". 

Artıq ABŞ-da səslənən ittihamlarla bağlı mövqeyini açıqlayıb. Dövlət katibi Maykl Pompeo bildirib ki, ABŞ İsrailin təqdim etdiyi sənədlərə inanır. Onun sözlərinə görə, Tehran uzun illər nüvə silahı və raket sistemi üzərində çalışıb. "İran bütün dünyadan və MAQATE-dən iri nüvə arxivini gizlədir". 

Xatırladaq ki, İranla altılıq ölkələri arasında nüvə sazişi 2015-ci ildə imzalanıb. Lakin Donald Tramp hakimiyyətə gəldikdən sonra bu razılaşmanı mənasız hesab etdiyini hər fürsətdə dilə gətirir və ölkəsinin geri addım atacağını bildirir.