Paşinyanın qorxulu röyası

01 Aprel, 2020 12:53 | Siyasət | Baxış sayı: 96
Nİkol Paşinyan
Nİkol Paşinyan

Koronavirus erməni baş nazirin sonu ola bilər

Ermənistanda koronavirus fonunda güclənən iqtisadi problemlər baş nazir Nikol Paşinyan üçün təhdid olub. Baş nazirin özü Ermənistanda vəziyyətə tam nəzarət etdiyini desə də əslində ölkədə böyük panika hökm sürür. Bu barədə “İrates” qəzeti yazır.

Nəşr iddia edir ki, Paşinyan hakimiyyəti yaxın zamanda tamamilə çökəcək. Çətin ki, o böyük problemlərlə mübarizə apara bilsin.

Hətta hökumətə yaxın dairələr belə deyirlər ki, Nazirlər Kabinetində əvvəlki özünəinam yoxdur. Cəmiyyət bundan sonra çətin Paşinyanın yaxın günlərdə hər şeyin əla olacağı, yaxşı yaşayacaqları ilə bağlı yalanlarını udsun. 

İqtisadi problemlər, koronavirus bəlası, bezən xalqın ayağa qalxması  Paşinyan üçün son ola bilər.