İkinci Dünya Müharibəsindən sonra yaşanan ən böyük böhran VİDEO

01 Aprel, 2020 10:18 | Siyasət | Baxış sayı: 95
Koronavirus
Koronavirus

BMT-nin baş katibi pandemiyanın münaqişələri gərginləşdirəcəyini deyib

"Koronavirus pandemiyası İkinci Dünya Müharibəsindən sonra yaşanan ən böyük böhrandır". Bunu BMT-nin baş katibi Antonio Quterreş deyib. Onun sözlərinə görə, koronavirus pandemiyasının ciddi sosial-iqtisadi təsirləri olacaq. BMT rəsmisi qeyd edib ki, pandemiya yaxın keçmişdə anoloqu olmayan böhrana gətirib çıxaracaq. 

O, həmçinin virusun yayılması və iqtisadi böhran bütün dünyada qeyri stabilliyin artmasına, münaqişələrin gərginləşməsinə, qarşıdurmalara dasəbəb ola bilər. 

Xatırladaq ki, dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 40 672 nəfərə çatıb. Ən çox ölüm hadisəsi İtaliya, İspaniya, ABŞ-dadır. Virus indiyədək 201 ölkə və regionda qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək 824 572 insan yoluxub,  174 359 adam sağalıb. 

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.