Bu ölkədə "koronavirus"un adını çəkmək qadağan edildi

01 Aprel, 2020 11:05 | Siyasət | Baxış sayı: 201
Koronavirus
Koronavirus

Virusdan danışanı polis həbs edə bilər

Dünyanın koronavirus pandemiyası ilə gərgin mübarizə apardığı bir zamanda Türkmənistan hökuməti maraqlı qərar verib. Bu ölkədə hökumət kütləvi informasiya vasitələrinə koronavirusun adını çəkmək qadağan edilib. Bundan başqa bu sözü məktəblərdə, xəstəxanalarda və s. müəssisələrdə sağlamlığın qorunması haqqında yayılan broşurlardan çıxarmaq da tələb edilib. Bu barədə "Sərhədsiz reportyorlar" məlumat yayıb. 

"Azatlyk" radiosunun məlumatına görə, qoruyucu respiratorlardan istifadə edən, dayanacaqlarda, küçələrdə, mağazalarda koronavirusdan danışan insanları polis həbs edə bilər.

Hökumət mənbələrinin məlumatına görə, ölkədə hələ də heç bir yoluxma faktı qeydə alınmayıb. 

Bununla yanaşı ölkə başçısı Qurbanqulu Berdimuhəmmədov hökumətin iclaslarından birində xalqa viruslardan qorunmaq üçün köhnə üsullardan istifadəni məsləhət görmüşdü - "üzərlik yandırın".