"Brexit" bitdi - Avropa İttifaqı Britaniyasız dövrə başlayır

01 Fevral, 2020 10:00 | Siyasət | Baxış sayı: 40
Böyük Britaniya
Böyük Britaniya

Böyük Britaniyanın qurumdan çıxması rəsmi şəkildə yekunlaşdı

Böyük Britaniya rəsmi şəkildə Avropa İttifaqından çıxdı. 3,5 il öncə başlayan "brexit" prosesi yekunlaşdı. Yanvarın 31-də yerli vaxtla saat 23:00-da Britaniyanın quruma üzvlüyü rəsmi şəkildə başa çatıb. Bununla da britaniyalıların 52 faizinin istəyi reallaşıb. 

İttifaqın tərkibində ölkə 47 il olub. Lakin Avropaya tam inteqrasiya bu müddət ərzində baş verməyib. Birləşmiş Krallıq bu müddət ərzində özünün valyutasını saxlayıb, Şengen zonasına daxil olmayıb. 

Xatırladaq ki, 2016-cı il iyunun 23-də Britaniyada keçiriləcək referendumda Birləşmiş Krallığın Avropa İttifaqında qalıb-qalmamasına dair qərar qəbul edilib. 

Britaniyanın AB-dən çıxmasının tərəfdarları düşünürlər ki, bu addım Britaniyanı iş yerlərinin açılmasına mane olan qərarlardan azad etməklə yanaşı ölkənin öz qanunlarını və ticarət tərəfdarlarını seçməsinə imkan yaradacaq. Avropa Birliyinin tərəfdarları isə qurumda qalmaqla ölkənin qlobal təsir imkanlarının, eləcə də hərbi və iqtisadi təhlükəsizliyini təmin edəcəyini bildirir.