Putin ermənilərin Qarabağ arzusunu gözündə qoydu

01 Yanvar, 2017 17:10 | Siyasət | Baxış sayı: 1462
Putin Ermənistan rəhbərliyi ilə
Putin Ermənistan rəhbərliyi ilə

Erməni siyasi dairələrinin 2017-ci ildən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsinə rotasiya prinsipi ilə Ermənistana keçməsinə bağladıqları ümidlər puç oldu.

İstiPress “RİA Novosti” agentliyinə istinadən bildirir ki, bu gündən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin vəzifəsini baş katibin müavini Valeriy Semernikov icra edəcək. Məlumatı KTMT yayıb.

“31 dekabr 2016-cı il tarixində KTMT baş katibi Nikolay Bordyujanın səlahiyyət müddəti başa çatdığına görə bu vəzifəninin icrası 2017-ci il yanvarın 1-dən KTMT baş katibinin müavini  V Semernikova həvalə edilib”,- deyə məlumatda vurğulanır.

Ermənistan bu vəzifənin rotasiya yolu ilə ona keçməsinə çalışırdı. Bu vəzifəyə hətta Seyran Ohanyanın gedəcəyi bildirilirdi və Ermənistan müdafiə nazirinin vəzifədən getməsini də bununla izah edirlər. Xocalı soyqırımının əsas təşkilatçısı olan Seyran Ohanyan Rusiya silahını dinc azərbaycanlılara qarşı istifadə edib soyqırım törətməkdə geniş təcrübəyə malikdir.

Amma göründüyü kimi Rusiya prezidenti Vladimir Putin ermənilərin bu arzusunu gözündə qoydu. Bu xəbər Yeni ilin ilk günündə Ermənistan üçün soyuq duş oldu.    

N.Bordyuja 2003-cü ildən KTMT baş katibi olub. KTMT-nin 2015-ci ilin dekabrında Moskvada keçirilən sammitində N. Bordyucanın səlahiyyət müddətinin 1 yanvar 2017-ci ilə qədər uzadılması barədə qərar qəbul edilib.

KTMT 1992-ci ilin mayında yaradılıb. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan KTMT-nin üzvüdür. Özbəkistan 2012-ci ilin iyununda KTMT-də fəaliyyətini dayandırdığını bəyan edib.