Moskvada Nəsiminin abidəsi açıldı FOTO

31 Oktyabr, 2019 10:42 | Mədəniyyət | Baxış sayı: 38
Moskvada Nəsiminin abidəsi
Moskvada Nəsiminin abidəsi

Rusiyanın paytaxtı Moskvada  Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin büstünün açılışı olub. Abidə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ucaldılıb. Mərasimdə fondun vitse prezidenti leyla Əliyeva, o cümlədən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib. 

İmadəddin Nəsiminin abidəsi M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda ucaldılıb.

Qeyd edək ki, bu il Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib.