Kadırovun oğlu məşhur türk serialında VİDEO

31 May, 2019 11:25 | Mədəniyyət | Baxış sayı: 71
Adəm Kadırov
Adəm Kadırov

Adəm Kadırovun 11 yaşı var

Çeçenistan rəhbəri Ramzan Kadırovun 11 yaşlı oğlu məşhur türk serialında çəkilib. İstiPress-in məlumatına görə, Adəm Kadırov "Diriliş Ərtoğrul"da epizodik rol ifa edib. Bu barədə onun əmisi, Şalinkski rayonun bələdiyyə başçısı məlumat verib. O, yeniyetmənin görüntülərini "İnstagram" hesabında paylaşıb. 

Artıq 11 yaşlı uşağın rol aldığı seriyanın anonsları da yayılıb.

Məlumata görə, Adəm Kadırovun 3-cü övladıdır. O, məktəbdə əlaçı olmaqla yanaşı həm də idmanla məşğul olur. 

"Diriliş Ərtoğrul" Türkiyənin ən baxımlı və uzunömürlü seriallarındandır.