Heydər Əliyev Fondu Xalq artistina maşın bağışladı FOTO

31 May, 2019 10:59 | Mədəniyyət | Baxış sayı: 174
Ramiz Əzizbəyli
Ramiz Əzizbəyli

Aktyorun evinin təmirini də fond üzərinə götürüb

Heydər Əliyev Fondu Xalq artisti Ramiz əzizbəyliyə avtomobil hədiyyə edib. Avtomobil fondun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə aktyorun rahat hərəkətini təşkil etmək məqsədi ilə hədiyyə olunub. Avtomobil aktyorun qızı Cəlalə Əzizbəyliyə təqdim edilib.

Heydər Əliyev Fondu, eyni zamanda aktyorun yaşadığı mənzilin təmir işlərini öz üzərinə götürüb və bu yaxınlarda mənzildə təmirə işlərinə başlanılacaq.

Ramiz Əzizbəyli ona göstərilən diqqətə və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, xalq artisti R.Əzizbəyli bir neçə ildir iflic, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Eyni zamanda qanqrenadan əziyyət çəkən xalq artistinin ayağı barmaq hissədən amputasiya olunub.