"Terminator" ayıldı - "geri döndüm"

31 Mart, 2018 10:55 | Mədəniyyət | Baxış sayı: 150
Arnold Şvarsnegger
Arnold Şvarsnegger

Şvarsnegger açıq ürək əməliyyatı olub

Dünya kinosunun ən tanınmış simalarından biri, "Terminator"  açıq ürək əməliyyatı olub. İstiPress-in məlumatına görə, Arnold Şvarsneggerin meneceri 70 yaşlı ulduzun son vəziyyətini açıqlayıb. 

Onun sözlərinə görə, ürək qüsuru olduğu üçün hələ 1997-ci ildə onun bu orqanılna stend yerləşdiriblər. Bu dəfə isə bu qurğu dəyişdirilib. 

Rol aldığı filmlərdə tez-tez işlətdiyi "I'll be back" (Geri dönəcəyəm) ifadəsi ilə də məşhur olan Şvarsnegger əməliyyatdan sonra da ənənəsinə sadiq qalıb. Onun ayılanda ilk sözü "geri döndüm" olub. 

Bodilildinq idman növü ilə məşğul olan Şvarsnegger 21 yaşında kariyerasında irəli getmək üçün Avstraliyadan ABŞ-a köçüb. 23 yaşında o bir filmdə rol alıb. Bundan sonra isə özünü aktyor kimi sınamağa qərar verib və bu günə kimi 50-yə yaxın filmdə rol alıb. Onlardan ən məşhuru isə şübhəsiz ki, "Terminator"dur.