Polad Alemdarın boşanma tələbi - 10 milyon, 2 uşaq

31 Yanvar, 2019 12:13 | Mədəniyyət | Baxış sayı: 90
Aktyor və həyat yoldaşı
Aktyor və həyat yoldaşı

Aktyor arvadının uşaqları qaçırmasından qorxur

"Kurtlar Vadisi" serialının ulduzu Necati Şaşmaz (Polad Alemdar) 7 illik həyat yoldaşından, 2 övladının anasından ayrılmaq üçün məhkəməyə müraciət edib. Buna səbəb onun Nagehan Şaşmazla yola gedə bilməmsidir. Məşhur cütlüyün şok qərarları ilə bağlı bəzi detallar bəlli olub. 

Məhkəməyə təqdim edilən ərizədə evliliyin məhz gənc xanımın qüsurlu davranışları ucbatından sarsıldığı qeyd edilib. Bunun üçün də aktyor uşaqlarının da özünün himayəsinə verilməsini tələb edib. 

O, övladlarının analarının Almaniya vətəndaşı olduğunu, bunun üçün də onları xaricə qaçıra biləcəyindən ehtiyat etdiyini bildirib. O böyüyü 6 yaşında olan uşaqlarına xarici çıxış qadağası tələb edib. 

Aktyorun vəkilinin sözlərinə görə, şaşmaz arvadından təzminat da tələb edəcək. "Mənəvi ziyan üçün 5 milyon lirə tələb edəcəyik. Maddi ziyanın ödənilməsi üçün də 5 milyon tələbimiz qanunidir".