Azərbaycanda hələ belə sayt olmamışdı

30 Dekabr, 2017 11:01 | Mədəniyyət | Baxış sayı: 3894
TVSEANS.COM
TVSEANS.COM

Qeydiyyatdan keçmək ödənişsizdir

Azərbaycanda film izləməyi sevənlər üçün xoş xəbər. Ağır və yorğun iş günündən sonra hər birimiz sevimli serial və filmimizi izləmək istəyirik. Əvvəllər yanız televiziyalar bu imkanı verirdisə, indi, yüksək texnologiyalar əsrində, bunu internet vasitəsilə asanlıqla edə bilirik. Bunun üçün dünyada yüzlərlə sayt və portal mövcuddur. Lakin təəssüflər olsun ki, təqdim olunan keyfiyyət barədə eyni sözü demək mümkün deyil.

Bayramqabağı kinosevənlər üçün əsl hədiyyə edilib. İndi yeniliklərlə bol TVSEANS.COM saytı sevdiyimiz filmləri daha yüksək keyfiyyətlə izləmək şansı verir. Burada hər kəz özü üçün maraqlı ekran işi tapıb, ona ya SD, ya da Full HD keyfiyyəti 
ilə baxa bilər. Saytda müxtəlif yaş həddi və zövqə uyğun filmlər haqqında məlumatlar, məqalələr tapmaq mümkündür. 

Saytda qeydiyyatdan keçmək ödənişsizdir. Kataloqda ən son Hollivud, Bollivud, Avropa, Rusiya, türk filmləri, klassik hitlər, sovet filmləri, dünyaca məşhur seriallar və cizgi filmlər haqqında məlumatlar, foto və treylerlər daxildir. TVSEANS-ı digər saytlardan fərqləndirən ən əsas xüsusiyyət isə filmləri üç dildə - Azərbaycan, rus və orijinal dildə internet vasitəsi ilə tapmaq imkanıdır. 

Saytın təqdim etdiyi digər yenilik isə filmlərin dulyajında istifadə olunan dil üslubudur. Belə ki, TVSEANS.COM  bu vaxta qədər mövcud olan bütün stereotipləri dağıdaraq filmləri xalqa yaxın dildə tapır və təqdim edir. Bu da filmlərin daha yaxşı qavranılmasına və  mənimsənilməsinə kömək edir.

İstənilən film və ya televiziya şousu haqqında məlumatları bütün qurğularda qüsursuz izləmək mümkündür.