Hollivudun qadın ulduzu öz həmcinsi ilə roman yaşayır?

30 Dekabr, 2016 06:34 | Mədəniyyət | Baxış sayı: 73
Kristen Stüart indi də model Stella Maksvellə görüşür
Kristen Stüart indi də model Stella Maksvellə görüşür

Kristen Stüart indi də model Stella Maksvellə görüşür

Hollivud ulduzu, "Alatoranlıq" film-franşizasının qadın qəhrəmanı Kristen Stüart özünə yeni sevgi tərəfdaşı tapıb. Nə qədər qəribə səslənsə də, onun sevgilisi də qadındır.

İstiPress "Zvesdi.ru" saytına istinadən xəbər verir ki, aktrisa hazırda dünyanın ən gözəl modellərindən biri hesab edilən Stella Maksvellə görüşür. Görünür, "Victoria's Secret" brendinin "mələy"i təkcə kişilərin ağlını başından almır.

Saytın məlumatına görə, hətta bu yaxınlarda Stella xüsusi olaraq Kristen üçün Corciya ştatına gəlib. Aktrisa həmin ştatda yeni filminin çəkilişləri ilə məşğuldur. Şahidləri bildirir ki, qızlar çəkilişlərdən boş vaxt tapan kimi birlikdə vaxt keçirirlər. Ancaq ulduzlardan heç biri hələlik bu dedi-qoduya aydınlıq gətirməyib.

Xatırladaq ki, bu, K.Stüartın qızlara olan ilk marağı deyil. Bundan əvvəl də onun öz həmcinsləri ilə sevgi münasibətləri olub. Onların arasında müğənni və aktrisa Stefani Sokolinski və aktrisa Alisiya Karqayl da olub. Hətta Kristen bir dəfə Karqaylı Sokolinski ilə əvəz etməyə vaxt da tapıb. Ancaq sonradan geri dönüb.