Ancelina Coli Bred Pittə qarşı qismən yumşalıb

30 Dekabr, 2016 07:08 | Mədəniyyət | Baxış sayı: 17
Ancelina Coli ilə Bred Pitt barışıb
Ancelina Coli ilə Bred Pitt barışıb

O, Milad bayramında keçmiş ərinə uşaqlarla vaxt keçirməyə icazə verib

Məşhur cütlük, Hollivud ulduzları Ancelina Coli ilə Bred Pitt barışıq üçün dil tapıb. İstiPress xəbər verir ki, ölkənin ən gözəl bayramı hesab edilən Miladda Coli bir qədər yumşalıb və keçmiş ərinə uşaqlarla vaxt keçirməyə icazə verib.

Məlumata görə, aktyor bütün mümkün hədiyyələr üçün böyük məbləğdə pul da xərcləyib. Görüş ev şəraitində və psixoterapevtin nəzarəti altında keçsə də, ata ilə uşaqları doyunca əylənib.

Xatırladaq ki, cütlüyün boşanmasının əsas səbəbi Pittin uşaqlara qarşı kobud rəftarda təqsirləndirilməsi olub.