Moskvada Nəsiminin abidəsi açılır

30 Oktyabr, 2019 09:40 | Mədəniyyət | Baxış sayı: 36
Nəsimi
Nəsimi

Açılış bu gün baş tutacaq

Rusiyanın paytaxtı Moskvada  Azərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin abidəsi ucaldılıb. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə abidənin açılışı bu gün-oktyabrın 30-da keçiriləcək.

İmadəddin Nəsiminin abidəsi M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda ucaldılıb.

Qeyd edək ki, bu il Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan edilib.