Heydər Əliyev haqqında çəkilən filmin təqdimatı olacaq

30 İyul, 2019 08:40 | Mədəniyyət | Baxış sayı: 173
Heydər Əliyev - Ümummilli lider
Heydər Əliyev - Ümummilli lider

Təqdimat bu gün Nizami Kino Mərkəzində baş tutacaq

Nizami Kino Mərkəzində ümumilli lider Heydər Əliyev haqqında filmin təqdimatı olacaq.

"Müstəqil vətənin memarı" videofilmi Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə əlaqədar hazırlayıb. 

Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən filmin təqdimatı 30 iyul tarixində saat 19:00-da başlayacaq.