Prezidentdən Həsən Məmmədovla bağlı sərəncam

30 İyul, 2018 17:58 | Mədəniyyət | Baxış sayı: 266
Həsən Məmmədov - SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq artisti
Həsən Məmmədov - SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq artisti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi Həsən Məmmədovun 80 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, sərəncamda bildirilir ki, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədovun anadan olmasının 80 illiyi tamam olur.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi xalq artisti Həsən Məmmədovun 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.