Prezident Niyaməddin Musayevi təltif etdi - SƏRƏNCAM

30 Aprel, 2020 16:32 | Mədəniyyət | Baxış sayı: 184
Niyaməddin Musayev
Niyaməddin Musayev

Ordenlə təltif edib

Prezident İlham Əliyev Akif Əsgərovun 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

İstiPress-in məlumatına görə, sərəncamla Azərbaycanda heykəltəraşlıq sənətinin inkişafında xidmətlərinə görə Akif İzzətulla oğlu Əsgərov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Dövlət başçısının daha bir sərəncamı ilə Azərbaycanda estrada sənətinin inkişafında xidmətlərinə görə Niyaməddin Cabbar oğlu Musayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Qeyd edək ki, mayın 1-də A.Əskərovun və N.Musayevin 80 yaşı tamam olur.