Hicablı sosial şəbəkə fenomeni həbs olundu - FOTOLAR

30 Aprel, 2020 14:46 | Mədəniyyət | Baxış sayı: 223

Fenomenin universitetdən qovulacağı qeyd edilib

Misirin sosial şəbəkə fenomeni Hanin Hussam həbs olunub.

İstiPress-in məlumatına görə, “Tik Tok” ulduzu əxlaqsızlıq etmək və əxlaqsızlığa təşviq, ailə dəyərlərinə ziyan vurmaq və internet vasitəsilə özəl saytlar yaratmaqda ittiham olunub. 

Bu barədə baş prokuror Hammade es-Savi məlumat verib. Qeyd olunub ki, Hanin Qahirə Universitetində tələbələrin əxlaqının korlanmasına zidd addımlar atıb.

Rektor Osman el-Hişt isə müsahibəsində fenomenin universitetdən qovulacağını qeyd edib.