Azərbaycanlı gözəldən Türkiyədə təqdimata dekolteli damğa FOTOLAR

30 Yanvar, 2020 12:42 | Mədəniyyət | Baxış sayı: 151
Nəsrin Cavadzadə
Nəsrin Cavadzadə

Aktrisanın dərin dekoltesi qarnını və ayağını nümayiş etdirib

Azərbaycanlı məşhur aktrisa Türkiyədə film təqdimatına damğa vurub. Söhbət uzun illərdir Türkiyədə yaşayan və müxtəlif filmlərdə rol alan aktrisa Nəsrin Cavadzadədən gedir. Aktrisa "Eşk təsadüfləri sevər 2" filminin qalasına qatılıb.

Azərbaycanlı aktrisanın daha çox diqqət mərkəzində olmasına səbəb isə geyimi olub. Belə ki, Nəsrin gecədə dərin dekoltesi olan ağ uzun geyimdə qatılıb. Məşhur qaladan öncə sosial şəbəkədə yerləşdirdiyi görüntüsünü "Bu təqdimata da əsla hazırlaşmamışam" şərhi ilə paylaşıb. 

İdeal bədən quruluşu ilə geyimin ahəngi onu bir daha gecənin ulduzu edib. Aktrisanın geyimi onun həm göbək hsissəsini, həm də sağ ayağını açıq qoyub. 

Filmdə baş rolları N.Cavabdzadə, Yiğit Kirazcı, Elif Doğan və Aytaç Şaşmaz paylaşıb. Filmdə 1960-cı illərin İstanbulundan bu gününü Ankarasına kimi uzanan, təsadüflərlə dolu bir eşq hekayəsindən bəhs edilir.