Polad Alemdar boşanır

30 Yanvar, 2019 11:52 | Mədəniyyət | Baxış sayı: 100
Necati Şaşmaz və həyat yoldaşı
Necati Şaşmaz və həyat yoldaşı

7 illik evliliyi xilas etmək mümkün olmayıb

Azərbaycanda da məşhur olan "Kurtlar vadisi" serialının baş qəhrəmanı Necati Şaşmaz (Polad Alemdar) boşanır. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Şaşmaz 2012-ci iləd ailə qurduğu Nagehan Şaşmazdan ayrılmaq haqqında qərar verib. 

Cütlüyün evliliyində problemlərin yarandığı uzun müddət öncədən bəlli idi. Onlar evliliklərini xilas etmək üçün dəfələrlə cəhdlər ediblər. Lakin bütün cəhdlərinə baxmayaraq onlar ailələrini xilas edə bilməyiblər.

Boşanma barədə aktyorun vəkili açıqlama verib.

Xatırladaq ki, cütlüyün iki övladı var.