Tanınmış şirkət azərbaycanlıları ərəb saydı - FOTO

29 Dekabr, 2017 18:13 | Mədəniyyət | Baxış sayı: 490
Bakı - Azərbaycan paytaxtı
Bakı - Azərbaycan paytaxtı

Azərbaycana qarşı böyük hörmətsizlik

Şərqi Avropa və postsovet regionunda  iri videoservisi, mərkəzi ofisi Ukraynada yerləşən "MEGOGO" şirkəti Azərbaycana qarşı hörmətsizlik edib.

İstiPress-in məlumatına görə, "MEGOGO" öz saytının ana səhifəsində əhatə etdiyi postsovet məkanının ölkələrinin dillərinə keçid funksiyasında Azərbaycan bayrağının qarşısında "Azərbaycan dili" sözlərini ərəb qrafikası ilə yazıb.

Xatırladaq ki, azərbaycanlıların bir qismi ərəb qrafikası ilə fars dilində təhsil alsalar da Azərbaycan dövlətinin rəsmi əlifbası latın qrafikası ilədir. Amma nədənsə şirkət bu amili nəzərə almayıb və "Azərbaycan dili" sözlərini ərəb qrafikası ilə yazıb.

Halbuki digər postsovet dövlətlərinin bayraqlarının önündə dilin adı dövlətin rəsmi qrafikası ilə təqdim edilib.