"Kişi və qadın" bəstəsinin müəllifi Pyer Baru vəfat edib

29 Dekabr, 2016 01:08 | Mədəniyyət | Baxış sayı: 16
"Kişi və qadın" bəstəsinin müəllifi Pyer Baru vəfat edib
"Kişi və qadın" bəstəsinin müəllifi Pyer Baru vəfat edib

Fransız musiqiçi və aktyor P.Baru 83 yaşında infarktdan keçinib

Məşhur fransız aktyor, ifaçı və bəstəkar Pyer Baru vəfat edib. İstiPress xəbər verir ki, P.Baru 83 yaşında Parisdə dünyasını dəyişib.

Xanımı Astuko Uşiodanın jurnalistlərə bildirdiyinə görə, P.Baru keçirdiyi infarkt nəticəsində Koşen xəstəxanasında dünyadan köçüb.

Baru daha çox Klod Leluşun "Kişi və qadın" filmi üçün bəstələdiyi eyniadlı mahnı ilə məşhurlaşıb. Musiqiçi özü də həmin filmdə rol alıb. O, bir çox musiqi əsərləri ilə bərabər mahnı sözlərinin də müəllifi olub.

"Kişi və qadın" filmindən parça