Kerri Fişerin anası Debbi Reynolds xəstəxanada keçindi

29 Dekabr, 2016 06:10 | Mədəniyyət | Baxış sayı: 13
Kerri Fişerin anası Debbi Reynolds xəstəxanada keçindi
Kerri Fişerin anası Debbi Reynolds xəstəxanada keçindi

Bu məlumatı mərhumun oğlu təsdiqləyib

Amerikalı aktrisa və müğənni Debbi Reynolds yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

İstiPress-in TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumatı mərhumun oğlu təsdiqləyib.

84 yaşlı D.Reynoldsun, çərşənbə axşamı günü qızı, məşhur aktrisa Kerri Fişerin 60 yaşında ürək tutması nəticəsində vəfat etməsindən sonra bərk sarsıldığı və ötən gün axşam saatlarında insult diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.