Belaruslu gənc Van Dammın məşhur fəndini təkrarladı (VİDEO)

29 Dekabr, 2016 00:46 | Mədəniyyət | Baxış sayı: 32
Belaruslu gənc Van Dammın məşhur fəndini təkrarladı
Belaruslu gənc Van Dammın məşhur fəndini təkrarladı

O, təhlükəli fənd üçün milli "BelAZ" yük avtomobillərini seçib

Belaruslu kaskadyor və təhlükəli fəndlər ustası olan Denis Bloxin Hollivud aktyoru Jan-Klod Van Dammın məşhur fəndini təkrarlayıb.

İstiPress "RİA Novosti"yə istinadən xəbər verir ki, o, hərəkətdə olan iki "BelAZ" yük avtomobillərinin sürücü kabinələri arasında şpaqat vəziyyətdə dayanmaqla bu fəndi həyata keçirib.

Bu məşhur hərəkət ilk dəfə bir neçə il əvvəl Jan-Klod Van Damm tərəfindən "Volvo" yük avtomobillərinin yola nəzarətdə sabitliyinin reklam çəkilişləri zamanı edilmişdi. Bloxin isə bunun üçün 160 və 180 ton çəkiləri olan milli yük avtomobillərini seçib. Fərq həm də ondadır ki, ulduz aktyorun çəkildiyi videoçarxda avtomobillər geriyə doğru hərəkət edir.